
Biz sevməmişdik ki, bizi ayırsınlar,
Həyatımızdan uzaqda bizə bir ev tiksinlər.
Gülüşümüzü öldürüb, bizi böyütsünlər,
Səninçün darıxmaqla məni sınağa çəksinlər.
Önümüzdə tilsimlər, qırılacaq hirsimnən,
Təslim olmaq vərdişini istəmirəm diriltsinlər.
Dəyişməliyik çox şeyi kökündən irsinnən,
Unudulur hər bir söz musiqinin səsinən,
Uzaqda bir şəhər piyada getmək arzusu.
Həyatda dalbadal gələn ölüm qoxusu,
İnsalarin yuxusu deyəsən çox şirindi.
Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdi,
Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər.
Mümkün deyil sevsələr də gərək gizləsinlər,
Arada evə zəng vur ki, səsini eşitsinlər.
Eşidib sevinsinlər...
Birinci defe bu mahniya 1 defe qulag asdim ve qoydum kenara.Mahni bir o qeder tesir elememishdi mene.Indi ise saatlarla qulag asiram ve bezmirem de.
P.S Sondaki 2 cumleye ozum de hal hazirda mohtacam:(

0 коммент.:
Отправить комментарий